SON XƏBƏR
  • 11.03.2016 - 23:08
    Azərbaycanda naməlum heyvan skeleti tapıldı
    Azərbaycanda naməlum heyvan skeleti tapıldı

    Ağdamda qəribə heyvan skeleti tapılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həmin heyvanın skeletinin ilk dəfə rayonun Ayaq Qərvənd kəndi yaxınlığında, Soltanbud meşəsinin meşəbəyi Elşad Allahverdiyev görüb.

    Meşəbəyinin sözlərinə görə, ərazidə vaşaq, çölpişiyi, canavar, çaqqal kimi heyvanlar tez-tez görünsə də ikiayaqlı varlığın hansı heyvan olduğunu heç kim bilmir. Təqribən 1,5 metr uzunluğunda olan skeletin pəncəsinin uzunluğu 15 sm dir. Ayağında qalan tüklərdən həmin heyvanın boz rəngdə olduğu güman edilir.

    "Bu heyvanın qabaq ayaqları yoxdur, dişlərindən də görünür ki, yırtıcıdır, ət yeyəndir, kəllə sümüyündə göz, qulaq dəliyi, bir də əlavə dəlik də var. Başqa heyvanların kəlləsində bu dəlikdən görməmişik. Bunların belinin ortasında gedən qabırğalardır, onurğa sütununun üstündə, qarın boşluğunun yan hissəsində olan qabırğalardır, başqa heyvanlarda belə bir şey yoxdur", - müşəbəyi Elşad Allahveridyev bildirdi.

    Elşad Allahverdiyev deyir ki, bir neçə gün əvvəl naməlum heyvanın skeletinə zootexniklər də baxış keçirib. Onların fikrincə bu ilk baxışdan elmə məlum olmayan heyvandır. Yerli bələdiyyə sədrinin sözlərinə görə isə təqribən 4 il əvvəl meşədə eyni formada daha bir skelet tapılmışdı. O zaman da skeletin hansı heyvana məxsus olduğu naməlum qaldı.

    "Ərazimizdə bu ikinci haldır rast gəlirik. Bu heyvanı biz diri görməmişik, ancaq skeletini görmüşük. Bu keçən dəfəkindən", - bələdiyyə sədri Azər Mikayılov dedi.

    Bələdiyyə sədri onu da əlavə etdi ki, kənd sakinlərindən da bu günə kimi naməlum heyvanın hücumuna məruz qalma ilə bağlı hər hansı məlumat daxil olmayıb.

    Baxış sayı:
    371
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio