SON XƏBƏR
  • 15.03.2016 - 17:18
    Muxtar Maniyevin ayağı amputasiya edildi
    Muxtar Maniyevin ayağı amputasiya edildi

        “Huşu pozulub”.  

        Azərbaycanın xalq artisti Muxtar Maniyevin sağ ayağı, dizdən yuxarı amputasiya edilib. Bu barədə Report-a Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzindən aktyorun həkimi məlumat verib. O, M.Maniyevin şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib:

    “Onun vəziyyəti yenidən ağırlaşıb. Huşu pozulub”.

       Həkim bildirib ki, xəstə sağ ayağının dabanında və baş barmağında yaranan xoraya görə əməliyyat olunub.

    Xatırladaq ki, 80 yaşlı xalq artisti Muxtar Maniyev qan təzyiqi və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ötən il aktyorun sol ayağı topuqdan aşağı amputasiya edilib.Ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkən xalq artisti Muxtar Maniyevin müalicəsi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

        Bildirilib ki, aktyor komaya düşüb və həkimlərin səyi nəticəsində həmin vəziyyətdən çıxarılıb. Amma danışa bilmir. Aprelin 4-də 81 yaşını qeyd edəcək aktyor indiyədək 157 filmə çəkilib. 

    Baxış sayı:
    318
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio