SON XƏBƏR
  • 19.03.2016 - 17:56
    İlham Əliyev Novruz şənliyində - FOTOLAR
    İlham Əliyev Novruz şənliyində - FOTOLAR

        Dövlət başçısı tonqalı alovlandırıb.

       Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər. Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli oğlanlar və qızlar Azərbaycan prezidentinə bayram xonçası təqdim ediblər, dövlətimizin başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. Sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxıblar. Dövlət başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi “Novruz” yarmarkası ilə tanış olublar. Prezident İlham Əliyev və Mehriban Əliyeva “Natiq” ritm qrupunun və aşıqların ifalarını dinləyiblər, Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyiblər, qədim el sənətlərinin nümunələrinə baxıblar. Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxıblar. Dövlət başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olunub. Prezident İlham Əliyevə və Mehriban Əliyevaya həmçinin “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri təqdim olunub. Azərbaycan prezidenti bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edibilər.

    Baxış sayı:
    440
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio