SON XƏBƏR
  • 21.03.2016 - 22:38
    "Baldızıma görə məni də boşadılar"
    "Baldızıma görə məni də boşadılar"

    Azərbaycanda, xüsusilə, cənub zonasında yayılmış bir adət var. “Qız-qıza” adəti. Qayda belədir ki, iki ailə qarşılıqlı olaraq qız alıb, qız verir. Çox vaxt bu cütlüklərin birinin boşanması digər cütlüyün də həyatını alt-üst edir. Daha aydın olması üçün sizi Tahirənin həyat hekayəsi ilə tanış edəcəyik. Tahir olanları belə nədl edir:

    Qardaşımın toyu gecəsi mən də qardaşımın qaynına qoşulub qaçdım...

    İndi üç övladımla çətinliklə dolanıram. Qırx beş yaşım var. 1994 – cü ildə qardaşım rayonda qohumlarımızdan bir qızla nişanlandı. Qardaşımın toyu gecəsi mən də qardaşımın qaynına qoşulub qaçdım. Beləliklə baldızım bizim evimizdı, mən isə baldızımgilin evində gəlin olduq. Uzun müddət firavan yaşadıq. Bu bir neçə il ərzində mənim üç uşağım dünyaya gəlsə də, gəlnimiz olan baldızımın uşağı olmadı. Həkimlərin yoxlamasından sonra, məlum oldu ki, uşağın olmamasına səbəb baldızımda olan problemdi. Qardaşım da heç bir problem olmadı.

    Qardaşım ilə həyat yoldaşı razılığa gəldilər ki, əgər uşaq olmursa boşanaq...

    Qardaşım ilə həyat yoldaşı razılığa gəldilər ki, əgər uşaq olmursa boşanaq. Gəlinimiz qardaşıma dedi ki, problem məndədi və ona görə də gəl boşanaq. Sən də get, başqa bir qadınla evlən uşaqların olsun. Mənə görə axı niyə sən sonsuz olmalısan. 2002 – ci ildə qardaşım həyat yoldaşından boşandı.

    Qardaşımın boşanması mənim başımda çatladı. Həyat yoldaşım bacısına görə məndən boşanmamış gizlincə başqa qadınla evləndi. Və çox keçmədi ki, rayon məhkəməsinə verərək, üç azyaşlı uşaqla məni də boşadı.

    Dedilər ki, sən bu evdə yaşasan, sənin burdan meyitin çıxacaq

    Bundan sonra mən də qarşı tərəfi məhkəməyə verib yaşamaq üçün ev istədim. Məhkəmə mənə həyat yoldaşımın ata evində yaşamaq üçün bir otaq ayırdı. Amma icraçılarla evə gedəndə həyat yoldaşımın qayınatası, bacıları bizi döyərək təhqir etdi. Dedilər ki, sən bu evdə yaşasan, sənin burdan meyitin çıxacaq. Buna ürəyi soyumayan qayınatam, məni məhkəməyə verərək ev payımdan da məhrum etdirdi.

    Bundan sonra yaxınlarımın köməyi ilə balaca bir koma qaralayıb içinə girdim. İndi üç uşağımla burada yaşayıram. Qardaşım da evləndi və hal – hazırda iki uşağı var.

    Amma, heç istəməzdim nə qardaşımın, nə də mənim ailəm dağılsın.
     

    Baxış sayı:
    380
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio